Salam, Qonaq! Qeydiyyat RSS

Cümə, 29.03.2024
Ana Səhifə » 2011 » Avqust » 22 » Super "El Klassiko" dava və "Barselona"nın qələbəsiylə bitdi
10:03
Super "El Klassiko" dava və "Barselona"nın qələbəsiylə bitdi


Avqustun 17-də dünyanın ən böyük oyunlarından biri baş tutub. Azerisport.az xəbər verir ki, nəinki İspaniya, eləcə də dünya futbolunun iki ən böyük komandası hesab olunan "Real" və "Barcelona" ölkə Superkubokunda üz-üzə gəlib.

Qeyd edək ki, cavab qarşılaşması "Nou Kamp" stadionunda keçirilirdi. Bu komandalar arasında 3 gün əvvəl "Santyaqo Bernabeu"da baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatmışdı. Bu səbəbdən kuboku qazanmaq üçün "Barcelona”ya istənilən hesablı qələbə ilə yanaşı, 0:0 və 1:1 hesablı heç-heçə də sərf edirdi. "Real” isə ya qələbə qazanmalı, ya da 3:3 və daha böyükhesablı heç-heçə etməliydi. 2:2 hesablı bərabərlik qarşılaşmanı əlavə vaxta aparacaqdı.

Lakin qalib elə 90 dəqiqə ərzində müəyyənləşdi. "Real" 2 dəfə geriyə düşdüyü görüşdə hesabı bərabərləşdirsə də, sonda meydan sahiblərinin qələbə qolunu vurmasına mane ola bilmədi.

Görüşün son dəqiqəsi isə yumruq davasına çevrildi. Fabreqasa qarşı kobudluqdan sonra iki komandanın futbolçuları və məşqçiləri yumruq davasına başladı. Hakim "Real"dan Marselo və ehtiyat oyunçular skamyasında oturan Məsut Özili, "Barselona"dan isə David Vilyanı meydandan qovdu.

Qeyd edək ki, ötən mövsümün sonunda ard-arda 4 "El Klasiko” oynayan nəhənglərdən "Barcelona” İspaniya çempionluğunu və Çempionlar Liqasını, "Real” isə "Kral Kuboku”nu qazanmışdı.

İspaniya Superkuboku
Cavab oyunu
17 avqust

Barcelona – Real - 3:2 (2:1)
Qol: İnyesta, 15 (1:0), Ronaldo, 20 (1:1), Messi, 45 (2:1), Benzema, 82 (2:2), Messi, 88 (3:2).
Barselona. "Nou Kamp" stadionu.



<object width="550" height="300" type="application/x-shockwave-flash" data="http://s.my.day.az/static/frontend/flash/uppod.swf?1" id="video_player" style="visibility: visible;"><param name="bgcolor" value="#ffffff"/><param name="allowFullScreen" value="true"/><param name="allowScriptAccess" value="always"/><param name="wmode" value="transparent"/><param name="movie" value="http://s.my.day.az/static/frontend/flash/uppod.swf?1" /><param name="flashvars" value="vad=&amp;prerolltpl&amp;postrolltpl&amp;logotip=day.az&amp;uid=video_player&amp;comment=&amp;st=http://s.my.day.az/static/frontend/flash/video-day-news.txt&amp;file=http://video.day.az/balancer=xzcpfccm&amp;poster=http://t.my.day.az/1/v/xz/cp/fc/cm/xzcpfccm.jpg&amp;menu=true" /></object>

Bax: 715 | Göndər: Admin | Reytinq: 0.0/0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]