Salam, Qonaq! Qeydiyyat RSS

Şənbə, 20.04.2024
Ana Səhifə » 2011 » İyun » 26 » Pele Messidən danışdı
09:32
Pele Messidən danışdı

Braziliyalı "futbol kralı” Pele özünü Lionel Messidən zəif saymır. Apasport.az saytının məlumatına görə, 71 yaşlı əfsanəvi futbolçu uzun illər şərəfini qoruduğu "Santos” klubunun Libertadores Kubokunu qazanmasından sonra argentinalı gənc həmkarının onunla müqayisə olunmasını hələ tez sayır: "Messi Peledən yaxşıdır? Bunun belə olması üçün Lionel 1283-dən çox qol vurmalıdır”.


Karyerası boyu 1283 qol vuran Pele həmçinin yola getmədiyi digər futbol ulduzu, dünya çempionu Dieqo Maradonanın fikirlərinə növbəti dəfə reaksiya göstərib. Maradonanın sözlərinə görə, Pele və gənc braziliyalı parlayan ulduz Neymar pis tərbiyələniblər. O bildirib ki, gənc hücumçu Braziliyada oynaya-oynaya Messini keçə bilər. Pele isə deyilənlərlə razılaşmır: "Neymar çox istedadlıdır. Ümid edirəm ki, o, Messini yolunu təkrarlamayacaq. Lionel klubunda əla oynayır, ancaq öz ölkəsi üçün heç nə etməyib”.

Bax: 498 | Göndər: Menim_ol | Reytinq: 0.0/0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]