Lionel Messi haqqinda qisa melumat - 3 Мая 2011 - F.C.Barselona & Messi
Salam, Qonaq! Qeydiyyat RSS

Cümə, 29.08.2014
Ana Səhifə » 2011 » May » 3 » Lionel Messi haqqinda qisa melumat
20:34
Lionel Messi haqqinda qisa melumat


Lionel Andrés Messi, 24 İyun 1987də ArgentinanınRosario şəhərində dünyaya gəlmişdir. İspaniyanın FC
Barcelona Klubunun və Argentina Milli Futbol Komandasının oyunçusudur. 1,69 m boyunda 67 kq ağırlığındadır. Mediada tez-tez "Yeni Maradona" olaraq xarakterizə edilməkdədir. Maradonanın özü də bildirişlərində Messi üçün "HAGIin Xələfi" demişdir. Messi, bir çox futbol analisti tərəfindən dünyanın ən
yaxşı gənc oyunçusu olaraq qəbul edilməkdədir.Bu sıralar isə yeni Hagisini axtaran Barcelonanın ən əhəmiyyətli futbolçusu mövqeyində.
Messiyə İspaniya Milli Futbol Komandasında oynaması təklif edildi ancaq Messi bunu rədd etdi və doğulduğu ölkənin milli komandasın üçün oynamaq istədiyini söylədi. 2004 İyun ayında ilk dəfə bir
dostluq matçında, Paraguay Milli Futbol Komandasına qarşı, Argentina 20 Yaş Altı (U-20) Komandasının
formasını geydi.

2005 İyun ayında Hollandiyada təşkil edilən Dünya Gənclər Futbol Çempionatında Argentina 20 Yaş Altı
(U-20) Komandasında çempionluq sevincini yaşadı. Bu turnirdə atdığı 6 qolla turnirin ən skorer oyunçusu seçilərək qızıl ayaqqabı və ən yaxşı oyunçusu seçilərək də qızıl top mükafatlarını götürdü. Bu müvəffəqiyyətindən sonra Barcelona klubu Messiylə 27 İyunda imzalanan yeni kontrakta futbolçunun başqa bir kluba transfer ola bilməsi üçün Barcelona klubuna 150 milyon Avro ödəməsini zəruri edən
bir şərt qoydu.İlk dəfə 4 Avqust 2005də Argentina Milli Komandasının texniki direktoru José Pekerman tərəfindən
Argentina Milli Komandasına dəvət edilmişdir. Milli komanda ilk rəsmi matçında Macarıstan Milli Futbol Komandasına qarşı 63. dəqiqədə oyuna girən Messi, girdikdən 40 saniyə sonra hakim Markus Merk tərəfindən rəqibinə dirsək atdığı səbəbiylə qırmızı kartla oyundan ixrac edilmişdir. Gördüyü qırmızı kartın
ardından Messi, sahəni kədərli bir şəkildə tərk etmişdir. Daha sonra 3 Sentyabrda Dünya Kuboku Seçmələrində, Paraguaya qarşı, Argentina Milli Komandasında 1-0 itirdiyi matçda son 8 dəqiqə oyuna girərək ilk rəsmi matçını tamamlamışdır

Bax: 4596 | Göndər: Menim_ol | Reytinq: 4.4/28
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]