Salam, Qonaq! Qeydiyyat RSS

Çərşənbə axşamı, 21.11.2017
Ana Səhifə » 2011 » İyun » 26 » Dünyanın ən bahalı futbolçuları və bizimkilər
09:40
Dünyanın ən bahalı futbolçuları və bizimkilər


Apasport.az saytının məlumatına görə, məşhur "transfermarkt” portalı planetin bütün futbolçularının qiymətlərini yeniləyib. Yenilənmiş cədvəlin ilk 50 pilləsində duran ulduzların qiyməti 24 milyon 625 min manatdan yuxarıdır. Zirvənin sahibi isə "Barselona” klubunun argentinalı ulduzu Lionel Messidir. Onun qiyməti 98,5 milyon manatdır. O, ən ayxın izləyicisi Kriştianu Ronaldonu 10 milyon manat qabaqlayır.


Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan futbolçulardan ən yüksək pillə Bastian Şvaynştaygerə məxsusdur. 39 milyon 400 min manat qiyməti olan almaniyalı futbolçu 11-ci yerə şərikdir. Onun komanda yoldaşı türk əsilli Məsud Özil isə siyahının 3-cü onluqdadır - 31 milyon 520 min manat.


Qeyd edək ki, Azərbaycanın ən bahalı futbolçusu kimi göstərilən Rail Məlikovun qiyməti Messidən 117,6 dəfə az 837525 manatdır.


1. Lionel Messi ("Barselona") - 98,5 milyon manat

2. Kriştianu Ronaldo ("Real", Madrid) - 88 milyon 650 min manat

3. Andres İnyesta ("Barselona") - 59 milyon 100 min manat

4. Sesk Fabreqas ("Arsenal") - 54 milyon 175 min manat

5. Ueyn Runi ("Mançester Yunayted") - 51 milyon 200 min manat

6-7. David Vilya ("Barselona") - 49 milyon 250 min manat

Xavi Ernandez ("Barselona") - 49 milyon 250 min manat

8. Fernando Torres ("Çelsi") - 45 milyon 310 min manat

9. Frank Riberi ("Bavariya") - 44 milyon 325 min manat

10. Uesli Sneyder ("İnter") - 41 milyon 370 min manat

11-13. Aryen Robben ("Bavariya") - 39 milyon 400 min manat

Samuel Eto’o ("İnter") - 39 milyon 400 min manat

Bastian Şvaynştayger ("Bavariya") - 39 milyon 400 min manat

14-17. Qonzalo İquayn ("Real", Madrid) - 37 milyon 430 min manat

Xerard Pike ("Barselona") - 37 milyon 430 min manat

Daniel De Rossi ("Roma") - 37 milyon 430 min manat

Karlos Teves ("Mançester Siti") -37 milyon 430 min manat

18. Nemanya Vidiç "Mançester Yunayted") - 36 milyon 445 min manat

19-21. Kun Aquero ("Atletiko", Madrid) - 35 milyon 460 min manat

Maykl Esyen ("Çelsi") - 35 milyon 460 min manat

Stiven Cerrard ("Liverpul") - 35 milyon 460 min manat

22-25. Dani Alveş ("Barselona") - 34 milyon 475 min manat

Xavi Alonso ("Real", Madrid) - 34 milyon 475 min manat

İker Kasilyas ("Real", Madrid) - 34 milyon 475 min manat

Zlatan İbrahimoviç ("Milan") - 34 milyon 475 min manat

26. Con Terri ("Çelsi") - 33 milyon 490 min manat

27. Aleksandr Pato ("Milan") - 32 milyon 505 min manat

28. Məsut Özil ("Real", Madrid) - 31 milyon 520 min manat

29. David Silva ("Mançester Siti") - 31 milyon 20 min manat

30-35. Serxio Buskets ("Barselona") - 29 milyon 550 min manat

Edin Dzeko ("Mançester Siti") - 29 milyon 550 min manat

Serxio Ramos ("Real", Madrid) - 29 milyon 550 min manat

Maykon ("İnter") - 29 milyon 550 min manat

Esteban Kambiyasso ("İnter") - 29 milyon 550 min manat

Kaka ("Real", Madrid) - 29 milyon 550 min manat

36-41. Halk ("Porto") - 27 milyon 580 min manat

Nani ("Mançester Yunayted") - 27 milyon 580 min manat

Giorgio Çelini ("Yuventus") - 27 milyon 580 min manat

Luka Modriç "Tottenhem") - 27 milyon 580 min manat

Filip Lam ("Bavariya") - 27 milyon 580 min manat

Dimitar Berbatov "Mançester Yunayted") - 27 milyon 580 min manat

42-43. Patris Evra ("Mançester Yunayted") - 26 milyon 595 min manat

Eşli Koul ("Çelsi") - 26 milyon 595 min manat

44-45. Mario Balotelli ("Mançester Siti") – 25 milyon 610 min manat

Mario Qomes ("Bavariya") - 25 milyon 610 min manat

46. Petr Çex ("Çelsi") - 25 milyon 110 min manat

47-50. Neymar ("Santos") - 24 milyon 625 min manat

Pedro ("Barselona") - 24 milyon 625 min manat

Anxel Di Maria ("Real", Madrid) - 24 milyon 625 min manat

Luis Suares ("Liverpul") - 24 milyon 625 min manat.

Bax: 204 | Göndər: Menim_ol | Reytinq: 0.0/0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]