Salam, Qonaq! Qeydiyyat RSS

Cümə axşamı, 25.04.2024
Ana Səhifə » 2011 » İyun » 26 » Bu gün əksəriyyətin dünya futbolunun «1 nömrəsi» saydığı argentinalı ulduz Lionel Messinin 24 yaşı tamam olur.
09:27
Bu gün əksəriyyətin dünya futbolunun «1 nömrəsi» saydığı argentinalı ulduz Lionel Messinin 24 yaşı tamam olur.

«Barselona»nın heyətində illərdir fantastik oyunu ilə milyonların ürəyini fəth edən gənc istedad hazırda Argentina millisinin düşərgəsində Amerika Kubokuna hazırlaşır.

Messi «Barselona» ilə 5 dəfə İspaniya çempionu, 4 dəfə İspaniya Superkubokunun sahibi olub. O, kataloniyalılarla 3 dəfə Çempionlar liqasında qızıl medala sahib çıxıb. Messi klublararası dünya çempionatının qalibi olmaqla yanaşı, İspaniya Kuboku və UEFA Superkubokuna da sahib çıxıb.Lionel Messi 13 yaşından «Barselona»dadır. 2009, 2010-cu illərdə o, dünyanın ən yaxşı futbolçusu seçilib. 2010-cu ildə «Qızıl buts»a da sahib çıxmış Messi 2009-cu ildə Avropanın ən yaxşı futbolçusu adını qazanıb. O, 3 dəfə Çempionlar liqasının ən yaxşı bombardiri olub. 2 dəfə bu turnirin ən yaxşı oyunçusu seçilib.

Bax: 533 | Göndər: Menim_ol | Reytinq: 0.0/0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]