09:05 Avropanın ən yaxşı futbolçusu seçildi | |
UEFA-nın versiyası üzrə Avropanın ən yaxşı futbolçusu mükafatının ilk
sahibi "Barselona”nın oyunçusu Lionel Messi olub. O, səsvermədə
Kriştianu Ronaldu və Xavi Ernandesi qabaqlayıb. Lionel Messiyə mükafat
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı
təqdim edilib.
Argentina millisinin hücumçusu ötən mövsüm "Barselona”nın heyətində 53 qol vurub. O, 12 dəfə Çempionlar Liqasında fərqlənib və ardıcıl üçüncü dəfə turnirin ən yaxşı bombardiri olub. Bundan başqa, Lionel Messi "Barselona”ya dalbadal üçün dəfə İspaniya çempionu olmaqda yardım edib. | |
|